Beynəlxalq turnirdə 4-cü yer

18:06 11-05-2018
Beynəlxalq turnirdə 4-cü yer

Slovakiyada 2000-ci il təvəllüdlü futbolçular arasında təşkil edilən beynəlxalq turnirə yekun vurulub.
Sportmedia.az xəbər verir ki, yığmamız bu gün 3-cü yer uğrunda oyunda Amerika Birləşmiş Ştatlarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Futbolçularımızdan Turan Vəlizadə 65-ci, Rauf Hüseynli isə 70-ci dəqiqədə qırmızı vərəqə alıb. Komandamız turniri 4-cü sırada başa vurub.


.
.
.