“Futbolçuların hər birindən razı qaldım” - Vüqar Məmməd

18:10 11-05-2018
“Futbolçuların hər birindən razı qaldım” - Vüqar Məmməd

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmmədin Amerika Birləşmiş Ştatları komandası ilə oyun və Slovakiyada keçirilən turnirlə bağlı affa.az-a açıqlama verib.
Sportmedia.az həmin açıqlamanı diqqətinizə çatdırır:
“Məğlub olmağımıza baxmayaraq, oyundan və futbolçulardan razı qaldım. Yaratdığmız qol imkanlarından istifadə edə bilmədiyimiz üçün məğlub olduq. Fiziki cəhətdən güclü olan rəqib, taktiki baxımdan da yaxşı oynadı. Onları 3-cü yer tutmaları münasibəti ilə təbrik edirəm. Ümumilikdə turnir haqda onu deyə bilərəm ki, çox yüksək səviyyədə təşkil olunub. Güclü komandalara qarşı oynamaq bizə böyük təcrübə qazandırdı. Rəqiblərin heyətində “Mançester Yunayted”, “Liverpul”, “Şalke”, “Sampdoriya”, Kiyev “Dinamo”su və “Lester” kimi klubların üzvləri çıxış edirdi. Düşünürəm ki, yeganə mənfi tərəfi qrafikin sıx olmasıdır. Beş gün ərzində 4 oyuna çıxdıq. Bunun da nəticəsində artıq son oyunda futbolçular yorğun idilər və qırmızı vərəqələr də müəyyən mənada bundan qaynaqlandı. Futbolçuların hər birindən razı qaldım, onlar millinin formasını geyinməyə layiqdilər. Təkrar edirəm, belə güclü rəqiblərlə tez-tez oynayıb təcrübə və ustalığımızı artırmalıyıq. Nə taktiki, nə də əzmkarlıq baxımından rəqiblərimizdən geri qaldıq. Amma daim inkişaf etmək üçün çalışmalıyıq. Klublardakı həmkarlarıma da futbolçularmızın hazırlığı üçün təşəkkür edirəm. Döndükdən sonra da onlarla sıx əlaqədə olacağam. Birlikdə planlı şəkildə işləməliyik. Hər bir futbolçuya fərdi yanaşmalı, sürətlə irəli getməliyik. Biz bu gün Avropada bunu gördük”.


.
.
.
0.48757696151733