Məhəmməd Salah mövsümün ən yaxşısı oldu

17:14 13-05-2018
Məhəmməd Salah mövsümün ən yaxşısı oldu

İngiltərə Premyer Liqasında 2017/2018 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.
Sportmedia.az xəbər verir ki, “Liverpul”un oyunçusu Məhəmməd Salah mövsümün ən yaxşısı seçilib. Misirli vinger xüsusi mütəxəssislər qrupu, Premyer Liqa komandalarının kapitanları və azarkeşlər arasında keçirilən səsvermədə bu adı qazanıb. 25 yaşlı futbolçu “Mançester Yunayted”dən David de Xea, “Tottenhem”dən Harri Keyn, “Mançester Siti”dən Kevin de Brüyne, Rahim Sterlinq və “Börnli”dən Ceyms Tarkovskini qabaqlayıb.
Salah bundan öncə İngiltərə Futbol Yazarları Assosiasiyası və İngiltərə Peşəkar Futbolçular Assosiasiyası tərəfindən mövsümün ən yaxşı futbolçusu seçilmişdi.


.
.
.
0.3322172164917