Taekvondoçumuz ikiqat Avropa çempionu oldu

20:27 13-05-2018
Taekvondoçumuz ikiqat Avropa çempionu oldu

Rusiyanın Kazan şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatında Azərbaycan yığması növbəti medalını qazanıb.
Sportmedia.az xəbər verir ki, 87 kq-dan yuxarı çəkidə çıxış edən Radik İsayev bütün rəqiblərinə qalib gələrək, qızıl medal əldə edib.
Bununla da 28 yaşlı idmançı karyerasında ikinci dəfə Avropa çempionu olub. İsayev ilk dəfə 2014-cü ildə Bakıda keçirilmiş qitə çempionatında bu titula sahib olub. Onun aktivində dünya və olimpiya çempionluğu da var.
Kazandakı Avropa çempionatında daha əvvəl Milad Beigi Harçeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.


.
.
.
0.32119297981262