400-cü qol 

12:47 14-05-2018
 400-cü qol 

“Kəpəz” Azərbaycan çempionatlarında keçirdiyi səfər oyunlarında 400-cü qolu buraxıb.
Sportmedia.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XXVII turuna təsadüf edib. “Zirə”yə 1:2 hesabı ilə uduzan Gəncə təmsilçisinin buraxdığı ikinci qol yubiley xarakterli olub. Qərblilərin 282-ci səfər matçında qeydə alınan bu qola 75-ci dəqiqədə Tellur Mütəllimov imza atıb.
“Kəpəz” Azərbaycan çempionatları tarixində 400 və daha çox qol buraxan 2-ci komandadır. Yalnız “Turan” daha çox - 432 qola üzülüb.


.
.
.
0.39576482772827