Rəşad Əhmədov Azərbaycan Premyer Liqasında debüt etdi 

13:21 14-05-2018
Rəşad Əhmədov Azərbaycan Premyer Liqasında debüt etdi 

Azərbaycan Premyer Liqasının XXVII turu baş hakim debütü ilə yadda qalıb.
Sportmedia.az xəbər verir ki, “Keşlə” – “Qarabağ” matçını (3:0) idarə edən Rəşad Əhmədov Azərbaycan çempionatının yüksək dəstəsində ilk matçını keçirib. O, cari mövsümdə Premyer Liqa oyununu idarə edən 11-ci referidir. Əvvəlki 26 turun matçları 10 hakimə həvalə olunmuşdu. Əhmədov ölkə çempionatları tarixinə 96-cı baş hakim kimi düşüb. Belə ki, 1992-ci ildən keçirilən yarışda onadək 95 referi ədaləti qorumuşdu.


.
.
.
0.46271681785583