Yeniyetmələrin Avropa çempionatında iştirak edəcək yunan-Roma güləşçiləri

20:04 14-05-2018
Yeniyetmələrin Avropa çempionatında iştirak edəcək yunan-Roma güləşçiləri

Makedoniyanın Skopje şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb. Yarışda hər 3 güləş növü üzrə yığma komandamızın üzvləri iştirak edəcək.
Sportmedia.az xəbər verir ki, mayın 18-20-də mübarizəyə qoşulacaq yunan-Roma güləşi üzrə yığmamızın heyətində 10 güləşi yer alıb. Böyük məşqçi Bəhram Mürvətov, məşqçilər Fuad Əliyev və İslam Cəfərovun rəhbərliyi altında çempionatda ölkəmizi Qurban Qurbanov (45 kq), Nihad Quluzadə (48 kq), Həsrət Cəfərov (51 kq), Murad Abbasov (55 kq), Xanəhməd Zeynalov (60 kq), Ruslan Hədisov (65 kq), Allahverdi Əliyev (71 kq), Eldar Məmmədov (80 kq), Laçın Vəliyev (92 kq) və Sərxan Məmmədov (110 kq) təmsil edəcək.
Məlumat üçün bildirək ki, Avropa çempionatı 12-14 oktyabrda Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq, qadın güləşi üzrə 43, 49, 57, 65 və 73 kq çəkidə çempion olacaq güləşçilər Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq. Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.


.
.
.
0.51960015296936