PFL mükafatlandırma gününü açıqladı

16:15 15-05-2018
PFL mükafatlandırma gününü açıqladı

Azərbaycan Premyer Liqasında və klubların əvəzedici heyətlərinin yarışında 2017/2018-ci illər mövsümü finişə yaxınlaşır.
Sportmedia.az xəbər verir ki, sonuncu, 28-ci turun oyunlarından sonra Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırma mərasimləri təşkil olunacaq.
19 may (şənbə)
Əvəzedici heyətlərin yarışında “Bayıl Arena” stadionunda keçiriləcək “Səbail” – “Keşlə” oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunacaq. Bu vaxt əvəzedici heyətlərin qalibi və medalçıları mükafatlandırılacaq. Eyni zamanda, I Divizionda və əvəzedici heyətlərin yarışında bombardir olan futbolçuya xüsusi mükafat təqdim ediləcək.
21 may (bazar ertəsi)
Topaz Premyer Liqasında, “Azersun Arena”da keçiriləcək “Qəbələ” – “Qarabağ” görüşündən sonra mükafatlandırma mərasimi baş tutacaq. Bu zaman Topaz Premyer Liqasının çempionu “Qarabağ” və digər medalçılar mükafatlandırılacaq. Eləcə də Topaz Premyer Liqasının bombardirinə xüsusi hədiyyə veriləcək.


.
.
.