Almaniya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalandı

18:19 15-05-2018
Almaniya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalandı

Almaniya Futbol İttifaqı milli komandanın baş məşqçisi Yoahim Löv ilə yeni müqavilə imzalayıb.
Sportmedia.az qurumun saytına istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssislə olan müqavilə 2022-ci ilə qədər uzadılıb.
Təcrübəli baş məşqçi ilə hazırkı müqavilə 2020-ci ilə kimi nəzərdə tutulub.
Qeyd edək ki, Yoahim Löv 2006-cı ildən Almaniya yığma komandasına rəhbərlik edir. O, millinin rəhbərliyi altında 2014-cü ildə dünya çempionu olub.


.
.
.
0.6878490447998