Robin Van Persidən yeni müqavilə

19:03 15-05-2018
Robin Van Persidən yeni müqavilə

“Feyenoord” futbolçusu Robin Van Persi ilə yeni müqavilə bağlayıb.
Sportmedia.az xəbər verir ki, Rotterdam təmsilçisi 34 yaşlı hücumçu ilə mövsümün sonunda başa çatan müqavilə müddətini 2019-cu ilin yayına kimi uzadıb. Bu barədə “Feyenoord” klubunun mətbuat xidməti məlumat yayıb.
Qış fasiləsində “Fənərbaxça”dan “Feyenoord”a kecən Van Persi, Erediviziyada mövsümün ikinci yarısında şans qazandığı 12 matçda 5 qol vurub, 1 məhsuldar ötürməyə imza atıb.


.
.
.
0.44694995880127