İtaliyanın "Milan" klubundan yeni transfer

19:29 15-05-2018
İtaliyanın "Milan" klubundan yeni transfer

"Milan" "Napoli"nin qapıçısı Pepe Reynanı transfer edib.
Sportmedia.az "Futbool İtalia" nəşrinə istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Massimiliano Mirabelli məlumat verib.
O, komandada rəqabət səviyyəsini artırmaq üçün bu addımı atdıqlarını bildirib.
Qeyd edək ki, Pepe Reynanın Neapol təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır. "Milan" klubu ispaniyalı futbolçunu azad agent kimi heyətinə qatacaq.


.
.
.
0.77491807937622