Bu gün saat 19:00: Azərbaycan (U-20) - Gürcüstan (U-20)

11:34 16-05-2018
Bu gün saat 19:00: Azərbaycan (U-20) - Gürcüstan (U-20)

Bu gün saat 19:00-da, “Dalğa Arena”da 20 yaşadək futbolçulardan ibarət Azərbaycan və Gürcüstan yığma komandaları arasında oyun keçiriləcək.
Sportmedia.az CBC Sport televiziya kanalında canlı yayımlanacaq yoldaşlıq oyununu idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Vüqar Həsənli


.
.
.