İngiltərə Premyer Liqasının ən yaxşı baş məşqçisi bəlli oldu

12:08 16-05-2018
İngiltərə Premyer Liqasının ən yaxşı baş məşqçisi bəlli oldu

Futbol üzrə İngiltərə Premyer Liqasında 2017/2018 mövsümünün ən yaxşı baş məşqçisi məlum olub.
Sportmedia.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu ada layiq görülən “Mançester Siti”yə rəhbərlik edən Xosep Qvardiola olub. 47 yaşlı ispaniyalı çalışdırıcı sorğuda digər 5 namizədi - Yurgen Klopp (“Liverpul”), Şon Dayç (“Börnli”), Roy Hocson (“Kristal Pelas”), Rafael Benites (“Nyukasl”) və Kris Hyutonu (“Brayton”) geridə qoyub.
Qeyd edək ki, Xosep Qvardiolanın rəhbərliyi altında “Mançester Siti” Premyer Liqa tarixində ilk dəfə 100 xal toplayaraq çempion olub. “Şəhərlilər” ən yaxın izləyiciləri “Mançester Yunayted”i 19 xal qabaqlayıblar.


.
.
.
0.29864096641541