Dieqo Maradona Belarus klubunda

12:40 16-05-2018
Dieqo Maradona Belarus klubunda

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona Belarusun "Dinamo" (Brest) komandasının idarə heyətinə sədr seçilib.
Sportmedia.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Onunla 3 illik müqavilə bağlanıb.O, "Dinamo"nun strateji inkişaf məsələləri ilə məşğul olacaq, habelə, bütün struktur bölmələri, o cümlədən, uşaq futbolu akademiyası ilə qarşılıqlı əlaqədə çalışacaq. Rusiyadakı dünya çempionatı başa çatdıqdan sonra Maradona vəzifəsinin icrasına başlayacaq.


.
.
.
0.67608690261841