"Barselona" “Sevilya”nın futbolçusu ilə anlaşdı

17:33 16-05-2018
"Barselona" “Sevilya”nın futbolçusu ilə anlaşdı

İspaniya La Liqasının son mövsümünün çempionu “Barselona” bir futbolçunun keçidini həll edib.
Sportmedia.az xəbər verir ki, “Barsa” “Sevilya”nın futbolçusu Kleman Lanqle ilə razılaşıb. Bu barədə məlumatı “Mundo Deportivo” yayıb. Xəbərdə fransız müdafiəçi ilə Kataloniya təmsilçisinin 5 illik müqavilə ilə bağlı anlaşdığı qeyd edilib. “Barsa”nın gənc müdafiəçinin keçidi üçün “Sevilya”ya nə qədər ödəyəcəyi hələ bilinmir.
Lanqle 2016-cı ildən “Sevilya”nın şərəfini qoruyur. 22 yaşlı futbolçunun Andalusiya təmsilçisi ilə müqavilə müddəti 2021-ci ilin yayında başa çatacaq.
Lanqle cari mövsümdə şans qazandığı 53 matçda 4 qola imza atıb.


.
.
.