"Trabzonspor" məşqçisi ilə yolları ayırdı

15:36 17-05-2018
"Trabzonspor" məşqçisi ilə yolları ayırdı

"Trabzonspor"un baş məşqçisi Rza Çalımbay istefa verib.
Sportmedia.az xəbər verir ki, 55 yaşlı çalışdırıcı mətbuat konfransında komanda ilə yollarının qarşılıqlı razılaşma əsasında ayrıldığını bildirib. O, Türkiyə Superliqasının XXXIV turunda "Karabükspor"la matçda son dəfə "Trabzonspor"un baş məşqçisi kimi oyuna çıxacağını söyləyib.
Qeyd edək ki, Rza Çalımbay mövsümün əvvəlindən "Trabzonspor"u çalışdırır.


.
.
.
0.57376980781555