"Zirə" "Sumqayıt"la oyuna 4 itki ilə çıxacaq

17:48 17-05-2018
"Zirə" "Sumqayıt"la oyuna 4 itki ilə çıxacaq

"Zirə" Azərbaycan Premyer Liqasının sonuncu - 28-ci turunda "Sumqayıt"la üz-üzə gələcək.
Sportmedia.az xəbər verir ki, "qartallar" avrokuboklar və 3-cü yer uğrunda mübarizədə vacib olan qarşılaşmaya 4 itkiylə çıxacaq. Müdafiəçilər - Aleksandr Şemonayevlə Yovan Krneta zədə səbəbindən bu oyunu da iştirak edə bilməyəcəklər. Komandanın digər müdafiəçisi Jozef Bum və yarımmüdafiçi Milan Duriçin isə cəzası var.
Sözügedən görüş mayın 20-də, saat 17:15-də "Kapital Bank Arena"da baş tutacaq.
Turnir cədvəlində "Zirə" 41 xalla 4-cü, "Sumqayıt" 40 xalla 5-ci yerdədir.


.
.
.