"Qalatasaray"dan ilk yay transferi

13:48 18-05-2018
"Qalatasaray"dan ilk yay transferi

Türkiyənin "Qalatasaray" klubu "Eskişehirspor" komandasının futbolçusu Dorukhan Toközü heyətinə qatıb.
Sportmedia.az "Habertürk"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı futbolçu ilə anlaşıb.
Yarımmüdafiəçinin qarşıdakı günlərdə yeni klubu ilə müqavilə bağlayacağı gözlənilir. "Əskişehirspor" klubu bu transferdən 1 milyon TL əldə edəcək. Futbolçu isə "Qalatasaray"ın ilk yay transferi olacaq.
Qeyd edək ki, Dorukhan Toköz bu mövsüm "Eskişehirspor" forması ilə 32 matça çıxıb və 2 qol vurub. O, həmçinin 21 yaşadək futbolçulardan ibarət Türkiyə yığmasının heyətində Azərbaycan millisinə qarşı forma geyinib.


.
.
.
0.3786780834198