Türkiyə yığmasının üzvü Bundesliqa klubunda

19:47 19-05-2018
Türkiyə yığmasının üzvü Bundesliqa klubunda

Almaniya Bundesliqasına vəsiqə qazanan "Fortuna" ilk transferini həyata keçirib.
Sportmedia.az xəbər verir ki, Düsseldorf təmsilçisi "Hannover"dən Kənan Karamanı heyətinə qatıb. 24 yaşlı futbolçu ilə 2021-ci ilə qədər müqavilə bağlanıb.
Kənan 2014-cü ildən "Hannover"in formasını geyinirdi. Türkiyə yığmasının üzvü cari mövsüm 22 oyuna 1 qol vurub.


.
.
.