Əvəzedicilərin yarışı, mövsümə yekun vuruldu

11:49 20-05-2018
Əvəzedicilərin yarışı, mövsümə yekun vuruldu

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 2017/2018-ci illər mövsümünə yekun vuruldu.
Sportmedia.az xəbər verir ki, 28-ci turun oyunlarından sonra yarışda bütün medalçılar müəyyənləşdi. Mövsümü qalib kimi “Səbail” klubu başa vurdu. Gümüş medallara “Qəbələ”, bürünc medallara isə “Zirə” sahib çıxdı.
“Sumqayıt” 1-1 “Zirə”
(Fərid Kərimzadə, 82 // Əziz İsmayılov, 85)
“Kəpəz” 0-2 “Neftçi”
(Elnur Süleymanov, 9; Murad Hüseynov, 74)
“Qəbələ” 0–0 “Qarabağ”
“Səbail” 0-0 “Keşlə”


.
.
.