Əvəzedicilərin yarışı, mükafatlandırma mərasimi keçirildi

12:00 20-05-2018
Əvəzedicilərin yarışı, mükafatlandırma mərasimi keçirildi

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 2017/2018-ci illər mövsümünə dünən yekun vuruldu.
Sportmedia.az xəbər verir ki, sonuncu “Səbail” – “Keşlə” oyunundan sonra mükafatlandırma mərasimi reallaşdı. Belə ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və qurumun baş direktoru Məlik Həsənov “Səbail”ə kubok və qızıl medallar, “Qəbələ” və “Zirə”yə isə müvafiq olaraq gümüş və bürünc medallar təqdim etdilər.


.
.
.
0.49349689483643