Samir Abasov istefa verdi

20:53 20-05-2018
Samir Abasov istefa verdi

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov istefa verib.
Sportmedia.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının son turunda doğma meydanda “Zirə” ilə üz-üzə gələn “Sumqayıt” 1:2 hesabı ilə məğlub olub. Bununla da, komanda Avroliqadan kənarda qalıb. Samir Abasov oyunsonrası mətbuat konfransında istefa verdiyini bildirib. O, bunun səbəbinin avrokuboklardan kənarda qalmalarını olduğunu söyləyib.
Xatırladaq ki, Abasov daha öncə də Avropa Liqasından kənarda qalsalar, istefa verəcəyini bildirmişdi.
Samir Abasov 2015-ci ildən "Sumqayıt"I çalışdırırdı.


.
.
.