Azərbaycan Premyer Liqası, Baqali Dabo bombardir oldu 

11:29 22-05-2018
Azərbaycan Premyer Liqası, Baqali Dabo bombardir oldu 

Azərbaycan Premyer Liqasında 2017/2018-ci illər mövsümünün ən sərrast oyunçusu “Qəbələ”nin üzvü Baqali Dabo oldu.
Sportmedia.az xəbər verir ki, bütün rəqiblərini qabaqlayan hücumçu 13 qolla çempionatın ən sərrast oyunçusu adına layiq görüldü. Peşəkar Futbol Liqası tərəfindən bu gün “Azersun Arena”da təşkil olunmuş mükafatlandırma mərasimində Baqali Daboya bombardir üçün hazırlanmış xüsusi hədiyyəni AFFA-nın baş katibi Elxan Məmmədov təqdim etdi. Dabo eyni zamanda “Qəbələ”nin üzvü kimi gümüş medala sahib çıxdı. Hücumçu gümüş medalını Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevdən aldı.
Qeyd edək ki, ötən mövsümün ən sərrast oyunçuları Rauf Əliyev və Filip Ozobiç də hazırda “Qəbələ”nin formasını geyinirlər.


.
.
.
0.37436890602112