Azərbaycan Premyer Liqası, “Qarabağ”a çempionluq kuboku təqdim olundu 

11:34 22-05-2018
Azərbaycan Premyer Liqası, “Qarabağ”a çempionluq kuboku təqdim olundu 

Azərbaycan Premyer Liqasında 2017/2018-ci illər mövsümünə yekun vuruldu.
Sportmedia.az xəbər verir ki, bu münasibətlə Peşəkar Futbol Liqası tərəfindən “Azersun Arena”da mükafatlandırma mərasimi və möhtəşəm atəşfəşanlıq təşkil olundu. Mükafatlandırma mərasimi zamanı Topaz Premyer Liqasının çempionu “Qarabağ”a qızıl medallar və çempionluq kuboku təqdim olundu. Medalları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov və Azersun Holdingin Müşahidə Şurasının sədri Abdulbari Goozal təqdim etdilər.
Qeyd edək ki, bu, “Qarabağ”ın ardıcıl 5-ci, ümumilikdə isə 6-cı çempionluğudur.


.
.
.