Amil Yunanov "Sumqayıt" klubundan ayrıldı

14:36 22-05-2018
Amil Yunanov "Sumqayıt" klubundan ayrıldı

Amil Yunanov "Sumqayıt"dan ayrılıb.
Sportmedia.az xəbər verir ki, bu barədə Qol.az-a açıqlamasında futbolçu özü məlumat verib. O bildirib ki, yeni müqavilə şərtlərində klub ilə razılaşmadığı üçün yolları ayırıb.
Qeyd edək ki, bu mövsüm Premyer Liqada 10 qola imza atan Yunanov 2015-ci ildən "Sumqayıt"ın formasını geyinirdi.


.
.
.
0.53925108909607