Həm evdə, həm səfərdə

18:43 22-05-2018
Həm evdə, həm səfərdə

Azərbaycan Premyer Liqasının başa çatan 2017/18 mövsümünün yekununda ən yaxşı ev və səfər komandaları müəyyənləşib.
Sportmedia.az xəbər verir ki, çempionatı ilk “üçlük”də başa vuran “Qarabağ”, “Qəbələ” və “Neftçi” öz meydanlarında da hamıdan öndə olub. Ağdam klubu 33, digər 2 komanda 23 xal toplayıb.
Qurban Qurbanovun yetirmələri həm də səfərdə hamıdan öndə olmağı bacarıb – 32 xal. Roman Qriqorçukun yetirmələri bu göstəricidə də 2-cidir – 24 xal. 22 xal toplayan “Zirə” rəqib meydanlarının 3-cü komandasıdır.
Maraqlıdır ki, ilk iki yer kimi, son 3 pillə də yekunda, evdə və səfərdə dəyişməz qalıb. “Keşlə” 6-cı, “Səbail” 7-ci, “Kəpəz” sonuncudur. “Kəpəz” səfərdə evdəkindən çox xal toplayan yeganə komandadır. “Zirə” isə hər iki meydanda eyni – 22 xal toplayıb.
Öz meydanında
1. Qarabağ 14 10 3 1 18 - 4 +14 33
2. Qəbələ 14 7 4 3 20 - 12 +8 25
3. Neftçi 14 7 4 3 22 - 16 +6 25
4. Sumqayıt 14 7 2 5 17 - 14 +3 23
5. Zirə 14 6 4 4 21 - 18 +3 22
6. Keşlə 14 5 3 6 16 - 18 –2 18
7. Səbail 14 4 1 9 7 - 18 –11 13
8. Kəpəz 14 1 3 10 8 - 26 –18 6
Rəqib meydanında
1. Qarabağ 14 10 2 2 19 - 9 +10 32
2. Qəbələ 14 7 3 4 23 - 14 +9 24
3. Zirə 14 6 4 4 15 - 12 +3 22
4. Neftçi 14 7 0 7 17 - 12 +5 21
5. Sumqayıt 14 4 5 5 17 - 19 –2 17
6. Keşlə 14 3 4 7 13 - 21 –8 13
7. Səbail 14 2 4 8 12 - 21 –9 10
8. Kəpəz 14 2 2 10 10 - 21 –11 8


.
.
.
0.47173595428467