U-19 (qızlar) yoldaşlıq oyunu keçirib

11:54 23-05-2018
U-19 (qızlar) yoldaşlıq oyunu keçirib

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası yoldaşlıq oyunu keçirib.
Sportmedia.az xəbər verir ki, Bolqarıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız məğlub olub - 1:2. Yığmamızın yeganə qolunu Sona Rəhimova vurub.
Bu komandalar arasında növbəti oyun mayın 25-də keçiriləcək.


.
.
.