"Səbail" klubu Samir Əliyevə yeni vəzifə təklif edib

12:18 23-05-2018
"Səbail" klubu Samir Əliyevə yeni vəzifə təklif edib

"Səbail" klubu baş məşqçi vəzifəsindən öz istəyi ilə ayrılan Samir Əliyevlə əməkdaşlığını davam etdirmək istəyir.
Sportmedia.az xəbər verir ki, klub gənc məşqçiyə yeni iş təklif edib.
Samir Əliyev karyerasını məşqçi kimi davam etdirmək baxımından başqa variant olmasa, “Səbail”də qalacaq.
Qeyd edək ki, "Səbail" debüt mövsümündə Premyer Liqanı 23 xalla 7-ci pillədə bitirib. Komanda 28 oyunda 6 qələbə qazanıb, 5 heç-heçə edib və 17 dəfə məğlub olub.


.
.
.
0.69234204292297