“Vətən” U-12 Liqasının qalibi olub 

21:39 23-05-2018
“Vətən” U-12 Liqasının qalibi olub 

Bu gün “Bayıl Arena”da U-12 Liqasının final oyunu keçirilib.
Sportmedia.az xəbər verir ki, “Qarabağ” komandası ilə qarşılaşan “Vətən” 3:0 hesabı ilə qələbə qazanıb. Üçüncü yeri isə “Neftçi” komandası tutub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Rəşad Sadıqov təqdim ediblər.
"Qarabağ"ın hücumçusu Vüqar Bağırov liqanın bombardiri olub. Liqanın ən yaxşı oyunçusu "Vətən" komandasında çıxış edən Ömər Yusublu, ən yaxşı qapıçısı Fəyyar Mehdizadə (“Vətən”) seçilib. Fair Play mükafatına isə "Neftçi" komandasının futbolçusu Rəvan Səfərli layiq görülüb. Final oyununu idarə edən hakimlərə diplomlar təqdim edilib.
Liqanı üçüncü pillədə başa vurmuş "Neftçi", ikinci yeri tutmuş "Qarabağ" və turnirin qalibi "Vətən" müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif edilib.
Sonda "Vətən" komandasına kubok təqdim olunub.


.
.
.
0.50741600990295