Ardanın cəzası azaldıldı

18:58 24-05-2018
Ardanın cəzası azaldıldı

Türkiyə Futbol Federasiyasının Apellyasiya Komitəsi "Başakşehir"in futbolçusu Arda Turanın cəzasını azaldıb.
Sportmedia.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı oyunçunun 16 oyunluq cəzası 10 matça endirilib. İntizam Komitəsinin qəbul etdiyi 39 min cərimə isə qüvvədə qalıb.
Qeyd edək ki, Türkiyə Super Liqasının XXXII turunda "Sivasspor"la ev oyununda Arda Turan yan xətt hakiminə hücum edərək onu itələdiyi, hədələdiyi və təhqir etdiyi üçün ağır cəza alıb.


.
.
.
0.36947894096375