Emre Belözoğlu “Başakşehir”lə müqaviləsini yeniləyib

15:45 25-05-2018
Emre Belözoğlu “Başakşehir”lə müqaviləsini yeniləyib

Türkiyə yığmasının futbolçusu Emre Belözoğlu “Başakşehir”lə müqavilənin müddətini uzadıb.
Sportmedia.az İstanbul klubunun “Twitter” səhifəsinə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu birillik sözləşmə imzalayıb.
Qeyd edək ki, 2015-ci ilin yayında “Fənərbağça”dan “Başakşehir”ə keçən Belözoğlu karyerası ərzində “Qalatasaray”, İtaliyanın “İnter”, İngiltərənin “Nyukasl”, İspaniyanın “Atletiko” klublarının formasını geyinib.


.
.
.