Arda Turanı klubu da cəzalandırdı

21:13 25-05-2018
Arda Turanı klubu da cəzalandırdı

Türkiyə Superliqasının 32-ci turunda “Sivasspor”la oyunda hakimə qarşı intizamsız hərəkət edən “Başakşəhər”in oyunçusu Arda Turan klubu tərəfindən də cəzalandırılıb.
Sportmedia.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu 250 min avro cərimə olunub.
Həmin matçda qırmızı vərəqə alan digər futbolçu Marsio Mossoro isə 50 min avro cərimələnib.
Qeyd edək ki, A.Turan Türkiyə Futbol Federasiyası tərəfindən 16 oyunluq cəzalandırılsa da, daha sonra cəzası 10 oyuna qədər azaldılıb.


.
.
.