“Beşiktaş” ilk transferini gerçəkləşdirdi

18:47 26-05-2018
“Beşiktaş” ilk transferini gerçəkləşdirdi

Türkiyənin “Beşiktaş” klubu mövsümlərarası fasilədə ilk transferini həyata keçirib.
Sportmedia.az xəbər verir ki, İstanbul təmsilçisi Doruxan Toközü heyətinə qatıb.
22 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanıb. “Beşiktaş” onun transferi üçün “Əskişəhərspor”a pul ödəməyəcək.
Qeyd edək ki, gənc futbolçu başa çatan mövsümdə keçirdiyi 32 matçda 1 qol vurub.


.
.
.