Qurban Qurbanov: “Daim axtarışdayıq”

20:13 27-05-2018
Qurban Qurbanov: “Daim axtarışdayıq”

Mayın 29-da Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq: “Millətlər Liqası turnirindən öncə son toplanışımızdır. Heyətin formalaşdırılması üçün daim axtarışdayıq. Bu toplanışda futbolçuların getdikcə daha istəkli olduğunu hiss etdim. Təkcə millidə yox, “Qarabağ”la hazırlıq prosesində olduğumuz zaman da çalışırıq ki, ilk yoxlama oyununu nisbətən zəif komandalara qarşı keçirək. Belədə futbolçularımızın meydanda etmək istədiklərinin dəfələrlə təkrarlanmasına imkan olur. Hesab etmirəm ki, Qırğızıstan millisi zəif rəqibdir. Bu müstəvidə bütün rəqiblərə güclü və ya zəif kimi yox, milli komanda prizmasından yanaşmaq lazımdır.
Millətlər Liqasında eyni qrupda mübarizə aparacağımız rəqiblər haqda məlumatlar toplamağa başlamışıq. Hətta bəzi oyunlarını canlı izləmişik. Bu istiqamətdə işimizi davam etdiririk”.


.
.
.
0.36123514175415