“Bursaspor”un yeni baş məşqçisi müəyyənləşdi

17:08 29-05-2018
“Bursaspor”un yeni baş məşqçisi müəyyənləşdi

“Bursaspor”un yeni baş məşqçisi bəlli olub.
Sportmedia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Pol Le Quenin istefaya göndərilməsindən sonra boşalan posta Samet Aybaba gətirilib. 63 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Məşqçinin illik qazancı 5 milyon lirə təşkil edəcək.
Qeyd edək ki, “Bursaspor” son mövsümdə Super Liqada 13-cü yeri tutub. Komandanın heyətində Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının üzvü Ozan Can Kökçü də yer alıb. O, yanvarda Hollandiya "Valveyk"inə icarəyə verilib.


.
.
.
0.46120119094849