Türkiyə klubunda yeni baş məşqçi

12:41 30-05-2018
Türkiyə klubunda yeni baş məşqçi

Türkiyənin “Sivasspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportmedia.az xəbər verir ki, Super Liqa təmsilçisinə bundan sonra Tamer Tuna rəhbərlik edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Tuna tezliklə Sivasa gələcək və 1 illik müqaviləyə imza atacaq.
Xatırladaq ki, son mövsümdə “Göztəpə”ni çalışdırmış bu mütəxəssis 2014/15 mövsümündə “Sivasspor”da köməkçi məşqçi kimi fəaliyyət göstərib.
“Sivasspor”u isə son ilyarımda Samet Aybaba çalışdırırdı. O, ötən gün “Bursaspor”un baş məşqçisi təyin olunub.


.
.
.