Hakan Şükürdən 28 may təbriki Foto

19:44 30-05-2018
Hakan Şükürdən 28 may təbriki Foto

Türkiyə yığmasının sabiq futbolçusu Hakan Şükür Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə sosial şəbəkə hesabında təbrik statusu paylaşıb.
Sportmedia.az xəbər verir ki, 46 yaşlı sabiq oyunçu "Twitter" hesabında "Tək millət, iki dövlət, qardaş ölkə. Can Azərbaycanın 100 illik yubileyini təbrik edirəm. Sonsuzadək müstəqil və qardaş olmaq diləyi ilə" yazaraq Azərbaycan və Türkiyə bayraqları olan şəkillə paylaşıb.
Qeyd edək ki, "Qalatasaray", "İnter", "Blekbern", "Parma" kimi komandalarda çıxış edən Şükür FETÖ-cü kimi ittiham olunaraq doğma vətəni Türkiyəni tərk edərək ABŞ-da məskunlaşıb.


.
.
.