Türkiyəli futbolçu Səudiyyə Ərəbistanı klubunda

13:52 01-06-2018
Türkiyəli futbolçu Səudiyyə Ərəbistanı klubunda

Səudiyyə Ərəbistanının "Əl Vəhda" klubu türkiyəli futbolçu Emre Çolakı heyətinə qatıb.
Sportmedia.az klubun saytına istinadən xəbər verir ki, komanda 28 yaşlı yarımmüdafiəçi ilə müqavilə bağlayıb. Sözləşmənin detalları hələlik məlum deyil.
Qeyd edək ki, Emre Çolak son olaraq İspaniyanın "Deportivo" klubunun formasını geyinib.


.
.
.
0.63248491287231