Nigeriya millisinin mundial üçün yekun heyəti açıqlandı

16:24 03-06-2018
Nigeriya millisinin mundial üçün yekun heyəti açıqlandı

Nigeriya yığmasının Rusiyada keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
Sportmedia.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 23 nəfərlik siyahıya aşağıdakı oyunçuların adları daxildir:
Qapıçılar: İkeçukvu (“Enimba”), Uzoho (“Deportivo”), Akpeyn (“Çippa Yunayted”)
Müdafiəçilər: Şeku (“Bursaspor”), Ebyuehi (“ADO Den Haaq”), Eçidcile (“Serkl Brügge”), İdovu (“Amkar”), Avazyem (“Nant”), Trost-Ekonq (“Bursaspor”), Baloqun (“Maynts”), Omeruo (“Kasımpaşa”)
Yarımmüdafiəçilər: Obi Mikel (“Tyantszin Teda”), Onazi (“Trabzonspor”), Ndidi (“Lester”), Etebo (“Las-Palmas”), Oqu (“Hapoel”), Coel Obi (“Torino”)
Hücumçular: Musa, İheanaço (hər ikisi “Lester”), İqalo (“Çançun Yatay”), Ayuobi (“Arsenal”), Mozes (“Çelsi”), Nvankvo (“Krotone”)
Qeyd edək ki, Nigeriya millisi mundialda Argentina, Xorvatiya və İslandiya ilə D qrupunda mübarizə aparacaq.


.
.
.
0.47377800941467