Yığmamızın üzvü İspaniya klubunda

17:04 03-06-2018
Yığmamızın üzvü İspaniya klubunda

“Araz”ın və futzal üzrə Azərbaycan yığma komandasının üzvü Everton Kardoso karyerasını İspaniyada davam etdirəcək.
Sportmedia.az xəbər verir ki, “Araz”la müqaviləsi may ayında başa çatan Qalo ləqəbli müdafiəçi “Levante” ilə ortaq məxrəcə gəlib və 2018/19-cu il mövsümündə bu komandada çıxış edəcək.
Qeyd edək ki, 2016-cı ilin yayında “Araz”a cəlb edilən Qalo indiyə qədər 10 rəsmi matçda millinin formasını geyinib. Klubunu dəyişən “13” nömrə Azərbaycan yığmasındakı karyerasını davam etdirəcək.


.
.
.
0.56621313095093