Rusiya millisinin DÇ-2018 üçün yekun heyəti açıqlanıb

18:24 03-06-2018
Rusiya millisinin DÇ-2018 üçün yekun heyəti açıqlanıb

Rusiya yığma komandasının futbol üzrə dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
Sportmedia.az xəbər verir ki, baş məşqçi Stanislav Çerçesov 23 nəfərlik siyahıya 3 qapıçı, 7 müdafiəçi, 10 yarımmüdafiəçi və 3 hücumçunu daxil edib. Onlardan cəmi 2-si - qapıçı Vladimir Qabulovla yarımmüdafiəçi Denis Çerışev legionerdir. Qalan 21 futbolçu yerli klublarda çıxış edir.
Çerçesov çempion "Lokomotiv"dən cəmi 2 futbolçuya siyahıda yer verib. Bunlar Anton və Aleksey Mirançuk qardaşlarıdır.
Qapıçılar: İqor Akinfeyev (MOİK), Vladimir Qabulov ("Brügge", Belçika), Andrey Lunyov ("Zenit")
Müdafiəçilər: Vladimir Qranat ("Rubin"), Sergey İqnaşeviç (MOİK), Fyodor Kudryaşov ("Rubin"), İlya Kutepov ("Spartak"), Andrey Semyonov ("Axmat"), İqor Smolnikov ("Zenit"), Mario Fernandes (MOİK)
Yarımmüdafiəçilər: Yuri Qazinski ("Krasnodar"), Aleksandr Qolovin (MOİK), Alan Zaqoyev (MOİK), Aleksandr Yeroxin ("Zenit"), Yuri Jirkov ("Zenit"), Roman Zobnin ("Spartak"), Daler Kuzyayev ("Zenit"), Anton Mirançuk ("Lokomotiv"), Aleksandr Səmədov ("Spartak"), Denis Çerışev ("Vilyarreal", İspaniya)
Hücumçular: Artyom Dzyuba (Arsenal" Tula), Aleksey Mirançuk ("Lokomotiv"), Fyodor Smolov ("Krasnodar")
Qeyd edək ki, DÇ-2018-də A qrupunda yer alacaq Rusiya yığması iyunun 14-də Moskvadakı "Lujniki" stadionunda Səudiyyə Ərəbistanı, iyunun 19-da Sankt-Peterburqda Misir, iyunun 25-də isə Samarada Uruqvayla üz-üzə gələcək.


.
.
.
0.53633594512939