Peru yığmasının mundial üçün yekun heyəti açıqlandı

12:50 04-05-2018
Peru yığmasının mundial üçün yekun heyəti açıqlandı

Futbol üzrə Peru yığmasının 2018-ci il dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
Sportmedia.az Peru Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Rikardo Qareka mundial üçün 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 5 hücumçunun adını siyahıya daxil edib.
Qapıçılar: Pedro Qalyese (“Verakrus”, Meksika), Karlos Kaseda (“Deportivo Munisipal”), Xose Karvalyo (“UT de Kaxamarka”)
Müdafiəçilər: Luis Advinkula (“Lobos”, Meksika), Aldo Korso (“Universitario Deportes”), Migel Trauko (“Flamenqo”, Braziliya), Kristian Ramos (“Verakrus”, Meksika), Alberto Rodriges (“Sportinq Kristal”), Migel Arauxo (“Alyansa Lima”), Nilson Layola (“Melqar”), Anderson Santamariya (“Puebla”, Meksika)
Yarımmüdafiəçilər: Pedro Akino (“Lobos”, Meksika), Vilder Kartaxena (“Verakrus”, Meksika), Kristian Kueva (“San Paulu”, Puebla), Edison Flores (“Olborq”, Danimarka), Paolo Urtado (“Vitoriya Gimaraeş”, Portuqaliya), Renaro Tapiya (“Feyenord”, Hollandiya), Yosimar Yotun (“Orlando Siti”, ABŞ)
Hücumçu: Paolo Gerrero (“Flamenqo”, Braziliya), Endi Polo (“Portlend Timbers”, ABŞ), Andre Karrilyo (“Uotford”, İngiltərə), Raul Ruidias (“Moreliya”, Meksika), Cefferson Farfan (“Lokomotiv”, Rusiya)
Qeyd edək ki, dünya çempionatının matçları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. C qrupunda yer alan Peru yığması iyunun 16-da Saranskda Danimarka, 21-də Yekaterinburqda Fransa, 26-da isə Soçidə Avstraliya millisi ilə üz-üzə gələcək.


.
.
.
0.72351598739624