Qurban Qurbanov: "Bizi maraqlı oyun gözləyir"

18:18 04-06-2018
Qurban Qurbanov: "Bizi maraqlı oyun gözləyir"

Sabah Qazaxıstan millisi ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov affa.az-a açıqlama verib.
Sportmedia.az həmin açıqlamanı təqdim edir:
“Düşünürəm ki, bizi yaxşı və maraqlı oyun gözləyir. Qazaxıstan yığmasının təcrübəli yeni məşqçisi var. İşlədiyi yerlərdə müsbət nəticələr qazanıb. Rəqibin Bolqarıstan və Macarıstan yığmaları ilə oyununu izləmişəm. Baxımlı futbol sərgiləyirlər. Biz də çalışacağıq ki, həm yaxşı oyun nümayiş etdirək, həm də müsbət nəticə qazanaq. Qırğızıstan yığması ilə oyunla müqayisədə dəyişikliklər olacaq. Oyunun gedişində də dəyişikliklər edib uzun müddət millidə olmayan futbolçulara da şans verəcəyik”.


.
.
.
0.74491310119629