Kolumbiya yığmasının mundial üçün yekun heyəti müəyyənləşib

21:05 04-06-2018
Kolumbiya yığmasının mundial üçün yekun heyəti müəyyənləşib

Kolumbiya yığmasının dünya çempionatı üçün yekun heyəti bəlli olub.
Sportmedia.az xəbər verir ki, siyahıya 3 qapıçı, 7 müdafiəçi, 9 yarımmüdafiəçi və 4 hücumçu daxil edilib.
Qapıçılar: David Ospina ("Arsenal", İngiltərə), Kamilo Varqas ("Deportivo Kali"), Xose Kuadrado (" Onse Kaldas")
Müdafiəçilər: Santyaqo Arias (PSV, Hollandiya), Kristian Sapata (" Milan"), Frank Fabra ("Boka Xuniors", Argentina), Yerri Mina (" Barselona", İspaniya), Davinson Sançes (" Tottenhem", İngiltərə), Xoan Moxika (" Jirona"), Oskar Murilyo ("Paçuka", Meksika)
Yarımmüdafiəçilər: Abel Aqilar ("Deportivo Kali"), Vilmar Barrios ("Boka Xuniors", Argentina), Ceferson Lerma (" Levante", İspaniya), Mateus Uribe (" Amerika", Meksika), Karlos Sançes (" Espanyol", İspaniya), Xuan Kuadrado (" Yuventus", İtaliya), Xuan Kintero (" River Pleyt", Argentina), Xose İskierdo (" Brayton", İngiltərə), Xames Rodriqes ("Bavariya", Almaniya)
Hücumçular: Karlos Bakka (" Vilyarreal", İspaniya), Radamel Falkao (" Monako", Fransa), Miqel Borxa (" Palmeyras", Braziliya), Luis Muriel (" Sevilya", İspaniya)
Qeyd edək ki, Kolumbiya millisi dünya çempionatında Yaponiya, Seneqal və Polşa ilə birgə H qrupunda mübarizə aparacaq.


.
.
.
0.67162895202637