"Qəbələ"nin üzvü Avstriyada bürünc medal əldə etdi

12:47 05-06-2018
"Qəbələ"nin üzvü Avstriyada bürünc medal əldə etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun cüdoçusu Rəşxan Baxşəliyev növbəti uğuruna imza atıb.
Sportmedia.az xəbər verir ki, təmsilçimiz gənclərin Avropa kubokunda fərqlənib. O, Avstriyanın Leybnits şəhərində təşkil olunan yarışda bürünc medal qazanıb.
İlk qarşılaşmada avstriyalı Nikolas Rexbergerə qalib gələn cüdoçumuz ukraynalı Dilşot Xalmatova uduzduqdan sonra təsəlliverici görüşlərdə qüvvəsini sınayıb. Rumıniyalı Boqdan Drimba, braziliyalı Emerson Silva və macarıstanlı Ksanad Feçko üzərində qələbələri sıralayan Rəşxan yarışı fəxri kürsünün 3-cü pilləsində başa vurub.


.
.
.
0.55155611038208