"Qəbələ", "Neftçi" və "Keşlə"nin Avropa liqasındakı mümkün qazancı 

19:10 06-06-2018
"Qəbələ", "Neftçi" və "Keşlə"nin Avropa liqasındakı mümkün qazancı 

UEFA Avropa Liqası üçün 2018-2019 mövsümünün büdcəsini açıqlayıb.
Sportmedia.az xəbər verir ki, Azərbaycanı “Keşlə”, “Qəbələ” və “Neftçi”nin təmsil edəcəyi turnirdə mükafatlar aşağıdakı kimi müəyyənləşdirilib:
İlkin mərhələdə iştirak üçün – 220 min avro
Birinci mərhələdə iştirak üçün – 240 min avro
İkici mərhələdə iştirak üçün - 260 min avro
Üçüncü mərhələdə iştirak üçün – 280 min avro
Pley-off mərhələsində mübarizəni dayandırdığına görə – 300 min avro
Qrup mərhələsinə düşdüyü üçün - 2.62 ilyon avro
Qrupda qələbə üçün – 570 min avro
Heç-heçə üçün – 190 min avro
Qrupun qalibi üçün – 1 milyon avro
Qrup ikincisi üçün – 500 min avro
1/16 finalda iştirak üçün – 500 min avro
1/8 finalda iştirak üçün – 1,1 milyon avro
1/4 finalda iştirak üçün – 1,5 milyon avro
1/2 finalda iştirak üçün – 2,4 milyon avro
Finalda iştirak üçün – 4,5 milyon avro
Finalın qalibi əlavə 4 milyon avro qazanacaq.


.
.
.