Argentinanın futbolçusu mundialı buraxacaq
Argentina yığması ciddi itki ilə üzləşib.
Sportmedia.az milli komandanın Tvitter səhifəsinə istinadən xəbər verir ki, futbolçu Manuel Lansini zədələnib. Ayaq əzələsində yırtıq aşkarlanan “Vest Hem”in üzvü dünya çempionatında iştirak etmiyəcək. Oyunçunun gələn mövsümün əvvəllərində meydana qayıdacağı gözlənilir.
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi ötən ildən milliyə dəvət alır.