Azərbaycan (U-21) – Macarıstan (U-21): Məşqçi fikirləri

22:29 08-06-2018
Azərbaycan (U-21) – Macarıstan (U-21): Məşqçi fikirləri

Bu gün “Dalğa Arena”da 21 yaşadək futbolçularda ibarət Azərbaycan və Macarıstan yığma komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
Rəşad Sadıqov (Azərbaycan U-21 yığmasının baş məşqçisi): “Hər iki komandanın timsalında maraqlı oyun izlədik. Rəqibin heyətində yaxşı oyunçular var. Futbolçularımız oyun ərzində intizama riayət etməyə, sona qədər mübarizə aparmağa çalışdı. Hesabda geri düşsək də, təslim olmadıq. Hətta məğlub olsaydıq belə, komandamdan razı qalacaqdım. İnkişaf etmək istəyiriksə, yoxlama oyununda da rəsmi qarşılaşmadakı kimi çıxış etməliyik. Çalışıram ki, uşaqlar meydanda özlərini inamlı hiss etsinlər. Bu gün hər iki komandanın üzvləri start fitindən etibarən aqressiv oynadı. Bütün mövqelərlə bağlı həm müsbət məqamlar, həm də çatışmazlıqlar var. Müsbət tərəfi inkişaf etdirməyə, problemləri isə aradan qaldırmağa çalışmalıyıq”.
Mixael Boris (Macarıstan U-21 yığmasının baş məşqçisi): “Adətən Azərbaycan komandaları müdafiəyə meyilli oynayırlar. Amma bu dəfə fərqli oyunun şahidi olduq. Komandanız güclü oyun nümayiş etdirdi. Heyətimizdə gənc oyunçular çox idi. Ona görə də 60-cı dəqiqədə bütün əvəzetmələrdən istifadə etdik. Məncə, 3:3 hesablı heç-heçə hər iki komanda üçün yaxşı nəticədi”.


.
.
.