Burak Yılmaz üçün 5 milyon avro

16:53 09-06-2018
Burak Yılmaz üçün 5 milyon avro

Türkiyənin “Trabzonspor” klubu futbolçusu Burak Yılmazın sərbəst qalma məbləğini açıqlayıb.
Sportmedia.az xəbər verir ki, bu haqda “Habertürk” məlumat yayıb.
Bildirilir ki, Qara dəniz təmsilçisi hücumçunu aldığı qiymətdən aşağı məbləğ qarşılığında komandadan göndərmək istəmir. Belə ki, “Trabzonspor” Yılmazın transferi üçün 5 milyon avro tələb edir.
Xatırladaq ki, adı tez-tez “Beşiktaş” ilə hallanan 32 yaşlı hücumçu geridə qalan mövsümdə 25 oyuna 23 qol vurub və 3 məhsuldar ötürmə edib.


.
.
.
0.48824691772461