“Ulduz” beynəlxalq turnirin qalibi olub

17:02 23-07-2018
“Ulduz” beynəlxalq turnirin qalibi olub

Xəbər verdiyimiz kimi, Ukraynanın Odessa şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edən eşitməqüsurlu əlillərdən ibarət "Ulduz" futzal komandası bu gün son oyununu keçirib.
Sportmedia.az xəbər verir ki, “Çernomorsk” klubu ilə qarşılaşan təmsilçimiz 3:0 hesabı ilə qələbə qazanıb və turnirin qalibi olub.
Xatırladaq ki, turnirin ilk oyununda “İnvosport” klubuna 6:5 hesabı ilə məğlub olan futzalçılarımız növbəti görüşdə “UTOQ sport” komandasına qalib gəlmişdi - 3:2.


.
.
.
0.42871403694153